METODBİRLƏŞMƏ İCLASI KEÇİRİLDİ

Sentyabrın 1-də məktəbdə fənnlər üzrə metodbirləşmə iclası keçirildi. İclasda yeni tədris ilində fənnlər üzrə fəaliyyət istiqamətləri, müəllimlərin illik planlaşdırılmalarının tərtib olunması, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətlərində görüləcək tədbirlər, dərs dinləmə, şagirdlərin meyl, maraq və qabiliyyətlərinin öyrənilməsi istiqamətində aparılacaq işlər barədə məlumatlar verildi və qarşıda görüləcək işlər barədə müzakirələr aparıldı.