FƏRQLƏNMƏ ATTESTATLARI TƏQDİM OLUNDU

İyulun 22-də məktəbin beş nəfər IX sinif şagirdinə və bir nəfər XI sinif məzununa ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları verildi. Oxuduqları müddətdə nümunəvi davranışları ilə fərqlənən, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri beş olan, ümumi orta və tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 75 (yetmiş beş) baldan yuxarı bal toplayaraq beş qiymət alan aşağıda adları qeyd olunan IX və XI sinif məzunlarına məktəbin direktoru Taleh Quliyev tərəfindən fərqlənmə attestatları təqdim olundu.
1. Hacılı Rəfiqə Natiq qızı 11 D
2. Mansurova Zilan Mərfət qızı 9 A
3. Alməmmədova Zöhrə Ramil qızı 9 B
4. Cabbarlı Süleyman Aqil oğlu 9 V
5. Yahyəyeva Zəhra Zamiq qızı 9 Q
6. Əliyeva Nəzrin İbrahim qızı 9 K