"1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar məktəbdə tədbirlər keçirildi

İyunun 1-də məktəbdə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar tədbirlər keçirildi. Tədbirində çıxış edən məktəbin direktoru Taleh Quliyev uşaqları bayram münasibəti ilə təbrik edərək bildirdi ki, ölkəmizdə uşaqlara xüsusi məhəbbət, xüsusi diqqət və qayğı vardır. Onların Vətənə layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar xalqımızın övladlarının taleyində əhəmiyyətli rol oynayadığına zəmanət verir. Bayram tədbirində uşaqlar rəqslər etdilər, şeirlər, musiqilər səsləndirdilər.