28 May - Müstəqillik Günü qeyd olundu

Mayın 26-da məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sahilə Həsənovanın təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü ilə bağlı olaraq tədbir keçirildi. Tədbirdə məktəbin müəllim heyəti və şagirdlər iştirak etdi. Şagirdlərin ifasında şeirlər səsləndi, mahnılar oxundu, rəqslər edildi, səhnəciklər göstərildi.