Pedaqoji Şuranın növbəti iclası keçirildi

Mayın 21-də məktəbin akt zalında Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclası açıq elan edən məktəbin direktoru Taleh Quliyev gündəliyə çıxarılan məsələləri elan etdi. Sonra təhsilin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər, dərsə davamiyyət, müəllimlərin sertifikasiyası, "Kiçik Akademiya"nın fəaliyyəti, STEAM dərslərinin fəaliyyəti, 2021-2022-ci tədris ilinin yekun qiymətləndirilməsinin təşkili, IX siniflər üzrə buraxılış imtahanının nəticələrinin təhlili müzakirə olundu. Sonda qarşıda görüləcək işlər barədə müvafiq tapşırıq və tövsiyələrini verdi.