18 may Beynəlxalq Muzeylər Günü ilə bağlı olaraq məktəb şagirdlərinin muzeylərə ekskursiyaları

Mayın 18-də  Beynəlxalq Muzeylər Günü ilə bağlı olaraq məktəb şagirdlərinin müxtəlif muzeylərə ekskursiyaları təşkil edilmişdir. Şagirdlər üçün ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin dünyagörüşünü, bilik və bacarıqlarını daha da inkişaf etdirmək, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında ətraflı məlumatları çatdırmaqdan ibarətdir. Ekskursiyalar çərçivəsində şagirdlər  Azərbaycan Mülki Aviasiya Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinə səfərlər etdilər. Şagirdlər muzeylərdə tarixi şəxsiyyətlər və hadisələr haqqında məlumatlandırılmış, müxtəlif dövrlərə aid eksponatlarla tanış olmuşlar.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi