“MƏNİM GÜNDƏLİYİM” ADLI OXU VƏ YARADICILIQ MÜSABİQƏSİNİN MƏKTƏB MƏRHƏLƏSİ KEÇİRİLDİ

Mayın 20-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 11 fevral 2022-ci il tarixli, F-61 nömrəli əmrinə əsasən məktəbin kitabxana müdiri Təranə Qafarova və kitabxanaçı Könül Xıdırova tərəfindən  "Mənim gündəliyim" adlı oxu və yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi keçirildi. Müsabiqənin keçirilməsinin əsas məqsədi şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsindən ibarətdir. Şagirdlər Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini oxuyaraq, gündəlik hazırlayıblar. Şagirdlərin təqdim etdikləri gündəliklərə baxış keçirilərək, ən yaxşı işlər şəhər mərhələsinə təqdim ediləcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi