Yaşıl layihə “Təbiəti qoruyanlar”adlı layihə çərçivəsində məktəbdə tədbirlər keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18 aprel 2022-ci il tarixli, F-138 nömrəli əmrinin icrasına əsasən  Yaşıl layihə “Təbiəti qoruyanlar”adlı layihə ilə bağlı olaraq məktəb müəllim və şagirdləri tərəfindən məktəbin həyətyanı sahəsi təmizlənmiş, həmişəyaşıl ağaclar əkilmiş, əkilən güllərə və bitkilərə şagirdlər tərəfindən qulluq edilməsi qaydaları öyrədilmişdir. Məktəbdə “Yaşıl sinif”lər yaradılmış, həmin siniflərdə ekoloji guşələr,plakatlar hazırlanmış, dibçək güllər əkilmişdir. Şagirdlərlə açıq havada sinif təşkilat saatları keçirilmişdir.Məktəbdə layihə çərçivəsində digər silsilə tədbirlərin keçirilməsi davam etdirilməkdədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi