“Ailəm və məktəbim” layihəsi ilə bağlı olaraq məktəbdə tədbirlər keçirilməkdədir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18 aprel 2022-ci il tarixli, F-145 nömrəli əmrinin icrasına əsasən “Ailəm və məktəbim” layihəsi ilə bağlı olaraq məktəbdə “Valideynin məktəbdə bir günü” adlı valideynlərlə görüş keçirilmiş, ixtisaslarına, iş sahələrinə uyğun olaraq həmin sahəyə maraq göstərən şagirdlərlə valideynlərin görüşləri təşkil olunmuşdur. Layihə çərçivəsində valideynlər məktəb mühiti ilə tanış oldular. Onlara məktəbin fəaliyyəti,məktəbdə həyata keçirilən layihələr, tədris prosesi barədə ətraflı məlumatlar verildi. Məktəb rəhbərliyi tərəfindən maarifləndirici söhbətlər aparıldı, məktəb-valideyn əməkdaşlığının önəmindən bəhs edildi. Məktəbdə layihə çərçivəsində digər silsilə tədbirlər keçirilməkdədir.