FƏNLƏR ÜZRƏ METODBİRLƏŞMƏ İCLASLARI KEÇİRİLDİ

Mayın 5-də məktəbdə növbəti aylıq metodbirləşmə iclasları keçirildi. İclasda ümumi təhsil üzrə fəaliyyət istiqamətləri sırasında hər bir fənn üzrə təlim nəticələrinin təhlili əsasında mövcud vəziyyət, qarşıda duran vəzifələr müzakirə olundu və müəllimlərin fikirləri, təklifləri dinlənildi. Daha sonra şagirdlərin bilik səviyyələri, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətlərində görüləcək tədbirlər, dərs dinləmə, şagirdlərin meyl, maraq və qabiliyyətlərinin öyrənilməsi istiqamətində aparılacaq işlər barədə müzakirələr aparıldı. II yarımil üzrə BSQ qiymətləndirmə vasitələrinin təlimata uyğun hazırlanması və obyektiv şəkildə keçirilməsi tapşırıqları verildi.