“Şuşa İli”nə həsr olunan ədəbi-bədii kompozisiya keçirildi

Aprelin 19-da məktəbdə “Şuşa ili” ilə bağlı olaraq Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Cabbar Qaryağdıoğlu adına 9 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri ilə birgə ədəbi-bədii kompozisiya keçirildi. Şagirdlərin ifasında mahnılar, şeirlər səsləndirildi, müxtəlif çalğı alətlərində ifalar edildi, milli musiqi və milli rəqslər nümayiş etdirildi.