"KİÇİK AKADEMİYA"NIN ÜZVLƏRİNİN NÖVBƏTİ TƏQDİMATLARI KEÇİRİLDİ

Aprelin 1-də məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya”nın tədbirlər planına uyğun olaraq şagirdlərin təqdimatları keçirildi. Məktəbin direktoru Taleh Quliyev “Kiçik Akademiya”nın fəaliyyətindən bəhs etdi, şagirdlərin tədqiqat bacarıqlarının inkişaf etdirilməsi məqsədilə belə tədbirlərin mütəmadi olaraq keçiriləcəyini vurğuladı. Şagirdlərin hər biri öz hazırladıqları işlərini təqdim etdilər.