31 MART - TARİXİ YADDAŞIMIZDAN SİLİNMƏYƏN SOYQIRIMI

Martın 31-də məktəbdə 31 mart- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etdi. İlk öncə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Direktor Taleh Quliyev ermənilərin tarix boyu azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətinin dəhşətli nəticələrindən danışdı. O, ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətini müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirdiklərini, bunun kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunduğunu qeyd etdi. Taleh müəllim soyqırımı siyasəti haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılması və bir daha belə halların təkrar olunmaması üçün milli birliyin nümayiş etdirilməsinin önəmini vurğuladı. Daha sonra şagirdlər 31 mart hadisələri ilə bağlı təqdimatlarla çıxışlar etdilər.