Reproduktiv sağlamlıq mövzusunda şagirdlərlə görüş keçirildi

Martın 16-da məktəbin psixoloqu Sürayə Bayramova və biologiya müəllimi Zemfira Alverdiyeva tərəfindən şagirdlərlə reproduktiv sağlamlıq mövzusunda görüş keçirildi. Görüşdə şagirdlərə sağlam böyümələri, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı məlumat verildi və onlara bu məlumatı əks etdirən videoçarx nümayiş etdirildi. Bu görüşdə məktəbin 7-ci sinif  qızları  və müəllimlər iştirak etdi. Görüş daha sonra diskussiya şəklində keçirildi və şagirdlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi