Şagirdlərimizin “Coca-Cola məktəbli kuboku” turnirində uğuru

Təhsil Nazirliyi, AFFA və Coca-Cola şirkətinin birgə layihəsi olan “Coca-Cola məktəbli kuboku” turnirinin rayon mərhələsi keçirilmişdir. Məktəbimizin yetirmələri Qaradağ rayonunda yerləşən 106 saylı məktəbin komandası ilə qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən komandamız “Coca-Cola məktəbli kuboku” rayon turnirinin 3-cü yerin qalibi olmuşdur. Təşkil olunan “Coca-Cola məktəbli kuboku” ölkə üzrə keçirilən ən kütləvi futbol yarışmasıdır.