İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı "Dəyirmi masa" keçirildi

Martın 9-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08 fevral 2022-ci il tarixli, F-53 nömrəli əmrinə əsasən məktəbdə müəllimlərin iştirakı ilə İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş “İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu” adlı “Dəyirmi masa” keçirildi. Giriş sözü ilə çıxış edən məktəbin direktoru Taleh Quliyev qeyd etdi ki, Azərbaycanlıların tarixi torpaqları olan, əhalisinin mütləq əksəriyyəti azərbaycanlılardan ibarət qədim İrəvan şəhərində fəaliyyət göstərmiş İrəvan Müəllimlər Seminariyasının fəaliyyətə başlamasının 140 ili tamam olmuşdur və 8 noyabr 1881-ci ildə fəaliyyətə başlamış Seminariya Qafqaz məktəbləri üçün müəllim kadrlarının hazırlanmasında müstəsna rol oynadığını nəzərə çatdırdı. 1988-ci ildə ermənilərlə azərbaycanlılar arasında başlayan münaqişədən sonra öz doğma ata-baba yurdunu tərk etmişdir. Yerevanda münaqişədən əvvəlki həyat və 1988-ci ildə dəyişən münasibətlərdən danışan Balaməmmədova Könül müəllim o dövrün hadisələrindən söz açaraq geniş məlumat verdi. İrəvan Müəllimlər Seminariyasının azərbaycanlı məzunlar yetişdirməsində böyük rolu olduğundan danışdı. Eyni zamanda görkəmli maarifpərvər ziyalı Firudin bəy Köçərlinin İrəvan Müəllimlər Seminariyasında müəllim kimi fəaliyyətindən söhbət açdı.