“Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimatı keçirildi

Martın 9-da məktəbdə Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi ilə birgə hazırlanan “Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimatı keçirildi. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova, məktəbin şəhid məzunu Ataməli Musaoğlunun anası Leyla xanım, məktəbin məzunu, Muğam festivalının iştirakçısı Zümrüd Məmmədova, şagird və müəllim kollektivi iştirak etdilər. Tədbirdə çıxış edənlər Şanlı Qələbəmizə həsr olunmuş kitablar haqqında məlumat verərək bildirdilər ki, uşaqlar üçün nəzərdə tutulan “Bizim böyük Qələbəmiz” kitabı ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəlik məharəti və rəşadətli ordumuzun şücaəti sayəsində qazanılan Qələbəmiz barədə uşaqlar üçün nəzərdə tutulan ilk nəşrlərdən biridir və bu kitabın çap edilməsində əsas məqsəd uşaqlarda doğma vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun və Azərbaycanın tarixi qələbəsini təbliğ etməkdir. Tədbir şagirdlərin hazırladığı musiqi, şeir və rəqs kompazisiyaları ilə davam etdi.