“5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində məktəbimizdə idman həftəsi keçirildi

Təhsil Nazirliyinin təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı istiqamətində müvafiq təlimatına əsasən şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə “5 mart -Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində 28 fevral -4 mart 2022-ci il tarixində məktəbimizdə idman həftəsi keçirilmişdir. Belə ki, fiziki tərbiyə müəllimləri tərəfindən “Şən startlar” estafet yarışı, qol güləşi, “Ən sürətli şagird” qaçış yarışı, oyun idman növləri üzrə yarışlar, idman viktorinası,mükafatlandırma tədbirləri və digər tədbirlər keçirilmişdir.