1 MART - ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜDÜR

Martın 1-də Qaradağ rayonu üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin əməkdaşlarının iştirakı ilə 1 Mart- Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı olaraq şagirdlərlə görüş keçirildi. Görüşdə şagirdlərin 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününün 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi gün olması diqqətinə çatdırıldı. Əsas məqsəd şagirdləri maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmasının öyrədilməsidir.