Məktəbin tibb bacları tərəfindən şagirdlərlə maarifləndirici söhbətlər aparıldı

Martın 1-də məktəbin tibb bacıları Mükafat Əliyeva və Sevda Məlikqasımova tərəfindən şagirdlərlə sağlam qidalanma ilə bağlı maarifləndirici görüş keçirildi. Görüşdə “İlkin qida təhlükəsizliyi vərdişləri”, “Enerji içkilərinin ziyanları”, “Qida zəhərlənmələri” kimi mövzularda şagirdlərlə fikir mübadiləsi aparıldı. Sonda tibb bacıları tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırıldı. Görüşün keçirilməsində məqsəd şagirdlər arasında sağlam qidalanma anlayışının təbliğ edilməsidir.