"Xocalını unutma”

Məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun təşkilatçılığı, məktəb rəhbərliyinin, müəllimlərin və ayrı-ayrı sinif şagirdlərinin iştirakı ilə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş "Xocalını unutma” adlı tədbirlər keçirildi. Tədbirlərdə müəllimlər tərəfindən şagirdlər faciənin qanlı tarixi barədə məlumatlandırıldı. Şagirdlər hazırladıqları təqdimatlarda soyqırım qurbanları haqqında məlumatlar vermişlər, Vətən şəhidlərinin xatirəsinə ehtiramlarını bildirmişlər. Allah Xocalı faciəsində həlak olmuş soydaşlarımıza və vətən uğrunda şəhid olan qəhrəmanlarımıza rəhmət eləsin.