XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ DİVAR QƏZETLƏRİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 14 fevral 2022-ci il tarixli, F-63 nömrəli əmrinin icrasının təmin edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq məktəbin tərbiyə işləri direktor müavini üzrə Eynur Orucovun təşkilatçılığı ilə məktəbdə fevral ayının 21-dən başlayaraq 26 fevral Xocalı soyqırımına həsr edilmiş fotostendlər, divar qəzetləri hazırlanaraq, faciəni əks etdirən rəsm sərgiləri keçirilir. Məktəblilər hazırladıqları divar qəzetlərində Xocalı soyqırımı haqqında həqiqətləri bacardıqları kimi göstərməyə çalışmışlar.