İLK DƏRSLƏR 20 YANVAR MÖVZUSUNA HƏSR EDİLİB

Yanvarın 19-da məktəbdə ilk dərs 20 Yanvar hadisələrinin otuz ikinci ildönümünə həsr edildi. Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Müəllimlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açıblar. Eləcə də 20 Yanvar hadisələrinin nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən, ulu öndər Heydər Əliyevin həmin tarixi dönəmə verdiyi siyasi qiymətdən, Prezident İlham Əliyevin rəhbərliyi altında şəhid ailələrinə dövlətimizin qayğısından bəhs olunub. Qeyd edilib ki, bu gün şəhidlərimizin ruhu şaddır, çünki işğal altında olan torpaqlarımız düşməndən azad edilib, onların başladığı mübarizə yolu tam qələbə ilə başa çatıb. Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirmişlər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi