20 YANVAR FACİƏSİNİN 32-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ

Yanvarın 18-də məktəbin ingilis dili müəllimi Atlas Eyyubovanın təşkilatçılığı, məktəb rəhbərliyinin və 6 A sinif şagirdlərinin iştirakı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş "20 Yanvar qan yaddaşımızdır” adlı tədbir keçirildi. İlk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə müəllimlər tərəfindən şagirdlər faciənin qanlı tarixi barədə məlumatlandırılmış, eləcə də yanvar faciəsinin ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığı, mətinliyini əks etdirdiyi şagirdlərin diqqətinə çatdırılmışdır. Şagirdlər hazırladıqları çıxışlarında xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsi barədə geniş məlumatlar vermişlər, Vətən şəhidlərinin xatirəsinə ehtiramlarını bildirmişlər.