Dünya və Avropa miqyaslı turnirlərdə yüksək nəticələr əldə etmiş idmançılarla görüş keçirildi

Yanvarın 13-də Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi tərəfindən şagirdlərlə Dünya və Avropa miqyaslı turnirlərdə yüksək nəticələr əldə etmiş idmançılarla görüş keçirildi. Görüşdə şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, şagirdlərin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi barədə məlumatlar verildi. Ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən danışıldı. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi