“Yolxucu xəstəliklərdən necə qorunaq? ” mövzusunda “Dəyirmi masa” keçirildi

Yanvarın 12-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun təşkilatçılığı, məktəb rəhbərliyinin və 8 B sinif şagirdlərinin iştirakı ilə “Yolxucu xəstəliklərdən necə qorunaq?” mövzusunda “Dəyirmi masa” keçirildi. Məktəbin tibb bacısı Mükafat Əliyeva çıxış edərək şagirdlərə virusun sürətlə yayılmağa başladığı və fəsil dəyişikliyi ilə əlaqədar orqanizmin infeksion xəstəliklərə qarşı həssaslaşdığı bir dönəmdə immuniteti gücləndirərək müxtəlif yoluxucu xəstəliklərdən qorunmağın vacibliyini vurğuladı və bu istiqamətdə həyata keçirilməli olan əsas profilaktik tədbirlər haqqında şagirdlərə ətraflı məlumat verdi. Maskadan düzgün istifadə, eləcə də əl və respirator gigiyena qaydalarına düzgün əməl olunması bizi həm koronavirus təhlükəsindən, həm də müxtəlif yolxucu xəstəliklərdən qoruya bilməsi barədə şagirdləri məlumatlandırdı.Daha sonra şagirdlərin təqdimatları dinlənildi, sualları cavablandırıldı.