Ömərin uğuru

Qızıl Əlcək İdman Klubunun təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş Kikboks üzrə idman yarışının açıq birinciliyində 22 kq çəki dərəcəsində məktəbin 3 D sinif şagirdi Qasımlı Ömər Elvin oğlu I yer tutaraq diplom və medalla təltif olunmuşdur. Şagirdimizi uğuruna görə təbrik edirik.