"Su ehtiyatlarından səmərəli və qənaətli istifadə" mövzusunda “Dəyirmi masa” keçirildi

Yanvarın 10-da tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun təşkilatçılığı, məktəb şagirdlərinin iştirakı ilə "Su ehtiyatlarından səmərəli və qənaətli istifadə" mövzusunda “Dəyirmi masa” keçirildi. Eynur müəllim şagirdlərə dünyada su probleminin ciddi hal aldığını qeyd etdi. Bütün canlı orqanizmlərin yaşaması üçün suyun əvəzedilməz şərt olaraq böyük rol oynadığını bildirdi. Qloballaşmanın nəticəsi olaraq iqlim dəyişiklikləri su ehtiyatlarına çox ciddi təsir göstərir. Azərbaycanda su ehtiyatları ilə bağlı problemlərin həlli istiqamətində ölkə rəhbərliyi tərəfindən mühüm tədbirlər görüldüyünü vurğulayan Eynur müəllim davamlı sosial-iqtisadi inkişafda su ehtiyatlarının istifadə və mühafizəsi məsələsinin əsas rol oynadığını da əlavə etdi. Sonda şagirdlərin çıxışları dinlənildi, sualları cavablandırıldı.