“18 illik misilsiz inkişaf yolu” adlı “Dəyirmi masa” keçirildi

Dekabrın 24-də məktəb rəhbərliyi və müəllimlərin iştirakı ilə “18 illik misilsiz inkişaf yolu” adlı “Dəyirmi masa” keçirildi. Məktəbin direktoru Taleh Quliyev çıxış edərək cənab Prezident İlham Əliyevin 18 illik hakimiyyəti dövründə Azərbaycanın misilsiz inkişaf yolu keçdiyini, xalqın sosial-iqtisadi rifahının yüksəldilməsi üçün çox böyük işlərə imza atıldığını bildirdi. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ənənələrini layiqincə davam etdirən cənab Prezidentimiz 18 illik Prezidentlik dövründə özünün də söylədiyi kimi ən böyük Zəfərə imza atdı və “Ata Vəsiyyətini” yerinə yetirdi. Cənab Prezident İlham Əliyevin 18 illik hakimiyyəti dövründə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Bundan sonra da cənab Prezidentin rəhbərliyi ilə xalq və dövlət birliyi Azərbaycan Respublikasını daima inkişafa aparacaqdır. Bir Azərbaycan vətəndaşı olaraq qürur duyuruq ki, mənim prezidentim cənab Ali Baş Komandan İlham Əliyevdir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi