“Riyaziyyat elmlərin şahıdır” adlı tədbir keçirildi

Dekabrın 13-də riyaziyyat fənni aylığı ilə əlaqədar olaraq məktəbin riyaziyyat fənn müəllimi Aytəkin Bəşirovanın təşkilatçılığı ilə "Riyaziyyat elmlərin açarıdır" adlı tədbir keçirildi.Tədbir məktəbin akt zalında təşkil olundu və tədbirdə məktəb rəhbərliyi, şagirdlər iştirak etdi. Tədbir Azərbaycanın Dövlət himninin səslənməsi ilə başladı. Şagirdlər riyaziyyat elminə aid maraqlı faktlardan danışdılar, dahi şəxsiyyətlərin riyaziyyat haqqında aforizmləri, yumoristik dialoqlar, şeirlər səsləndirdilər, səhnəciklər göstərdilər. Şagirdlər həmçinin hazırladıqları rəqs və musiqi çələngilə tədbiri daha da rəngarəng etdilər.