“İnsan alveri bəşəri faciə və mənəvi terrordur" adlı maarifləndirmə tədbiri keçirildi

Dekabrın 7-də məktəbin psixoloqu Sürayə Bayramovanın təşkilatçılığı və məktəb şagirdlərinin iştirakı ilə “İnsan alveri bəşəri faciə və mənəvi terrordur ” adlı maarifləndirmə tədbiri keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Taleh Quliyev insan alverinin müasir dövrün aktual problemlərindən olduğunu bildirdi,bu səbəbdən bu problemlə mübarizədə şagirdləri aktiv olmağa çağırdı. Gənclər arasında aparılan maarifləndirmə işləri barədə məlumat verərək, tədbirin əhəmiyyətini şagirdlərin diqqətinə çatdırdı. Sonra şagirdlər insan alveri mövzusunda təqdimatlarla çıxışlar etdilər, səhnəciklər göstərdilər.