“Nizami yaradıcılığında ədalət və insanlığa çağırış” adlı “Dəyirmi masa” keçirildi

Dekabrın 2-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Arzu Əzizovanın və Uşaq Birliyi Təşkilatı rəhbəri Natavan Həşimovanın təşkilatçılığı ilə Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar olaraq “Nizami yaradıcılığında ədalət və insanlığa çağırış” adlı “Dəyirmi masa” keçirildi. Şagirdlər hazırladıqları təqdimatlarda mövzu barədə geniş məlumatlar verdilər. Ensiklopedik biliyə malik olan Nizami Gəncəvi əsərlərində bir çox bəşəri ideyaları təbliğ etmişdir. Şair öz yaradıcılığı ilə dünya ədəbiyyatında yeni dövr açmış, şərq xalqlarının bədii, estetik, əxlaqi və fəlsəfi təfəkkür tərzini geniş işıqlandırmışdır. Bu bəşəri ideyalardan ədalət prinsipi və ədalətli hökmdar məsələsi Nizamini ömrü boyu düşündürmüş və şair demək olar ki, beş poemanın hamısında bu məsələyə dönə-dönə qayıtmışdır.