2021-2022-ci tədris ili üçün Pedaqoji Şuranın növbəti iclası keçirildi

Noyabrın 27-də məktəbin tədbirlər planına uyğun olaraq məktəb rəhbərliyinin və pedaqoji kollektivin iştirakı ilə "Microsoft Teams" platforması üzərindən onlayn növbəti Pedaqoji Şura iclası keçirildi. İclas məktəbin direktoru Taleh Quliyevin çıxışı ilə başladı. O pedaqoji heyəti salamladı və  gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 22.11.2021-ci il tarixli, F-277 nömrəli əmrinin icrası ilə bağlı, 2021-2022 -ci dərs ilində IX və XI siniflər üzrə keçiriləcək buraxılış imtahanlarına hazırlıq, şagirdlərin Respublika fənn olimpiadalarının rayon turuna hazırlığı, fənn aylıqları, açıq dərslər, onların keçirilmə tarixləri və müasir dərsə verilən tələblər,məktəbdaxili qiymətləndirmə, xüsusi karantin şəraitdə məktəbdə davranış qaydaları və digər cari məsələlər müzakirə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi