MƏN VƏ HÜQUQLARIM

Noyabrın 23-də “Uşaq hüquqları aylığı” çərçivəsində məktəbin psixoloqu Sürayə Bayramova tərəfindən məktəb şagirdləri ilə maarifləndirici görüş keçirildi. Sürayə müəllim şagirdlərə Uşaq hüquqları Konvensiyasının 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edildiyini və uşaq hüquqlarının dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduğu, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayış olduğunu şagirdlərin diqqətinə çatdırdı. Şagirdlər yaşamaq, inkişaf etmək, müdafiə olunmaq, təhsil almaq, asudə vaxt və digər hüquqları haqqında məlumatlandırıldılar.