Ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar "Dəyirmi masa" keçirildi

Noyabrın 18-də məktəbin kitabxana müdiri Təranə Qafarovanın təşkilatçılığı və 8 D sinif şagirdlərinin iştirakı ilə  Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar “Dəyirmi masa” keçirildi. Təranə xanım çıxış edərək şagirdlərə qeyd etdi ki, 2021-ci ildə Azərbaycan aşıq sənətinin qüdrətli nümayəndəsi, ustad sənətkar Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Ümummilli lider Heydər Əliyev Aşıq Ələsgər irsinə böyük sayğı ilə yanaşmış, aşığın 150 illik yubileyi məhz ulu öndərin təşəbbüsü ilə respublikamızda və onun hüdudlarından kənarda təntənə ilə qeyd edilmiş, doğma Göyçə mahalında büstü ucaldılmışdır. Daha sonra şagirdlər təqdimatlarında aşığın həyat və yaradıcılığından ətraflı məlumatlar verdilər. XIX əsr boyunca və XX əsrin əvvəllərində Azərbaycan aşıq ədəbiyyatında Aşıq Ələsgər sazının, şeirinin, dastanının möcüzəsi ilə yeni ömür başlanıb. Şeirlərində bəşəri ideyeyaları, fəlsəfi dünyagörüşü, humanizmi, ülvi hissləri, vətənpərvərliyi, təbiətə və insanlığa sevgini, ədalətli, qürurlu yaşamağı təbliğ edən Aşıq Ələsgərin saz və söz sənətinin inkişafına müstəsna təsir göstərdiyini qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi