17 Noyabr Milli Dirçəliş Günüdür

Noyabrın 17-də məktəbin tarix müəllimi Sultan Bayramovanın təşkilatçılığı və 8 E sinif şagirdlərinin iştirakı ilə 17 noyabr Milli Dirçəliş Günü ilə əlaqədar “Dəyirmi masa” keçirildi. Məktəbin kitabxana müdiri Təranə Qafarova, məktəb müəlimləri “Dəyirmi masa” da iştirak etdi. Sultan müəllim şagirdlərə Azərbaycanın müstəqillik tarixi və Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verdi. Milli Dirçəliş Gününün Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsində əsas mərhələlərindən biri olduğu vurğuladı, ulu öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan danışdı. Daha sonra şagirdlər hazırladıqları təqdimatlarla çıxışlar etdilər, müstəqillik və vətənpərvərlik mövzularında şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi