“Nizami Gəncəvi irsi” mövzusunda konfrans keçirildi

Noyabrın 16-da dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar olaraq məktəbin müəllimlərinin iştirakı ilə “Nizami Gəncəvi irsi” mövzusunda konfrans keçirildi. Konfransda məktəbin direktoru Taleh Quliyev, direktor müavinləri və şagirdlər iştirak etdi. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti barədə çıxışlar olundu. Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir. Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, çox sayda tədqiqatlar meydana gətirilmiş, eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin elmi tənqidi mətni hazırlanmışdı.Daha sonra şairə həsr olunmuş bədii və sənədli filmlər nümayiş olundu, şagirdlərin ifasında şeirləri səsləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi