Məktəbin tibb bacları tərəfindən şagirdlərlə maarifləndirici söhbətlər aparıldı

Noyabrın 16-da məktəbin tibbi bacıları Mükafat Əliyeva və Sevda Məlikqasımova tərəfindən məktəbdə “Gənclərin sağlam həyat tərzi”, “Ətraf mühit və ekaloji zərərlərin sağlamlığa təsiri” mövzularında uşaqların sağlamlığının mühafizəsi məqsədilə məktəbin 10 və 11-ci sinif şagirdləri ilə maarifləndirici söhbətlər aparıldı.Şagirdlərə sağlamlıqlarının mühafizəsi üçün elə onların da üzərlərinə bir sıra vəzifələr düşdüyünü, əxlaqi keyfiyyətlərə sahib olmaq, zərərli vərdişlərə doğru getməmək, idmanla məşğul olmaq, düzgün həyat tərzi seçmək onların başlıca vəzifələrindən olduğunu bildirdilər. Əsas məqsəd gənclərimizə sağlam həyat tərzini aşılamaq və zərərli vərdişlərin törətdiyi fəsadlar haqqında ətraflı məlumat verməkdən ibarətdir.