“YOL HƏRƏKƏTİ QAYDALARINI NECƏ ÖYRƏNİRƏM ”MÖVZUSUNDA "DƏYİRMİ MASA" KEÇİRİLDİ

Noyabrın 15-də məktəbin texnologiya müəllimi Nərgiz Məmmədovanın təşkilatçılığı və  6 G sinif şagirdlərinin iştirakı ilə “Yol hərəkəti qaydalarını necə öyrənirəm” adlı “Dəyirmi masa” keçirildi. Nərgiz müəllim tərəfindən şagirdlərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verildi. Qeyd olundu ki, şagirdlərdə yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin aşılanması, bu barədə onların məlumatlılıq səviyyəsinin artırılması məktəblilərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin şagirdlərə yolda daha diqqətli olmaları tövsiyə edildi. Şagirdlər “İşıqfor nə üçün lazımdı?”, ”Yol nəqliyyat hadisələrini yaradan səbəb nədir?”, “Piyada keçid nişanları nə üçün lazımdı?”, “Niyə yol hərəkatı qaydalarına riayət etməliyik” adlı təqdimatlarında yol hərəkəti qaydaları barədə çıxışlar etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi