9 Noyabr Bayraq günüdür

Noyabrın 10-da məktəbin fizika müəllimi Ulduz Məmmədovanın təşkilatçılığı və sinif rəhbəri olduğu 5k sinif şagirdlərinin iştirakı ilə "9 Noyabr Bayraq günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başladı.Ulduz müəllim bayrağımızın təsis tarixindən,digər mənəvi dəyərlərindən danışdı. Daha sonra şagirdlər tədbirlə bağlı şeirlər dedilər, mahnılar söylədilər.