ZƏFƏR GÜNÜ TƏDBİRİ KEÇİRİLDİ

Noyabrın 6-da  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayevanın,məktəbin ibtidai sinif müəllimi Ülkər Tağıyevanın birgə təşkilatçılığı və 3“ğ” sinif şagirdlərinin iştirakı ilə 8 noyabr-Zəfər Günü ilə bağlı tədbir keçirildi. Tədbirdə şəhid ailələri, I və II Qarabağ müharibəsində iştirak etmiş müəllimlər, Azərbaycan Milli Məclisinin deputatı Səbinə Xasayeva, Qaradağ Rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov və məktəb rəhbərliyi iştirak etdi.Tədbirdə ilk öncə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi və Dövlət himni səsləndirildi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə ətraflı məlumat verildi. Vətən Müharibəsində qabaqcıl hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə söhbətlər açıldı. Möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, qəhrəman Azərbaycan əsgər və zabitlərinin mühüm pay sahibi olduğu diqqətə çatdırıldı. Daha sonra şagirdlərin ifasında şeirlər səsləndi, mahnılar oxundu, rəqslər edildi, səhnəciklər göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi