“Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir” mövzusunda tədbir keçirildi

Noyabrın 4-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əşrəfovanın təşkilatçılığı, 6c, 6ç, 5b sinif şagirdlərinin iştirakı ilə 8 Noyabr-Zəfər Günü ilə bağlı olaraq “Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir” mövzusunda tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi,müəllimlər,şagirdlər iştirak etdi.İlk öncə Dövlət himni səsləndirildi, sonra bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edildi. Şagirdlər ötən il sentyabrın 27-dən başlayan,işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrildiyini çıxışlarında dedilər. Daha sonra şagirdlərin ifasında şeirlər səsləndi, mahnılar oxundu, səhnəciklər göstərildi.