"Qarabağın flora və faunası" mövzusunda "Dəyirmi masa" keçirildi

Noyabrın 4-də “8 noyabr Zəfər Günü” ilə bağlı olaraq məktəbin biologiya müəllimi Zemfira Alverdiyevanın təşkilatçılığı və sinif rəhbəri olduğu 8V sinif şagirdlərinin iştirakı ilə Qarabağın flora və faunası” mövzusunda “Dəyirmi masa” keçirildi. Zemfira müəllim əvvəlcə ekranda Xarıbülbülün şəklini nümayiş etdirərək, II Qarabağ müharibəsinin şəhidlərinin Anım gününün rəmzi olan Xarı Bülbül haqqında rəvayətlərdən danışdı. Daha sonra şagirdlər Qarabağda yaşayan heyvan növləri (məməlilər, quşlar, balıqlar, amfibilər, sürünənlər, həşəratlar və s) və orada bitən relikt və endedmik bitkilər haqqında öz təqdimatları ilə çıxışlar etdilər. Təqdimatlardan aydın oldu ki, Qarabağ və ətraf bölgələrdə bitkilər geniş yayılmışdır. Bu bitkilərə Xarıbülbül, Azərbaycan ağgülü, Azşüalı dağçətiri,Qaya dovşanalması, Hirkan ənciriKamilla süsəni, Giləli qaracöhrə və başqalarını misal göstərmək olar. Bu bitkilərdən bir neçəsi elektron şəkildə təqdim olundu. Daha sonra ermənilərin Qarabağda və ətraf rayonlarda törətdiyi ekoloji terror flora və faunaya necə təsir göstərmişdir? sualı ətrafında müzakirələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi