“8 noyabr Zəfər Günü” ilə bağlı olaraq tədbir keçirildi

Noyabrın 4-də məktəbin ibtidai sinif müəllimi Raziyyə Cəfərovanın təşkilatçılığı və sinif rəhbəri olduğu 1 A sinif şagirdlərinin iştirakı ilə “8 noyabr Zəfər Günü” ilə bağlı olaraq tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər iştirak etdilər. İlk öncə Dövlət himni səsləndirildi, sonra bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edildi. Tədbirdə açılış nitqi ilə çıxış edən Raziyyə müəllim bu əlamətdar gün ilə əlaqədar hər kəsi təbrik edərək, bu tarixi günün millətin əbədi iftixarı Zəfər Günümüz olduğunu dedi. Daha sonra şagirdlər Zəfər Gününə həsr olunan şeirlər dedilər, mahnılar səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi