QARABAĞ VƏ İŞĞALDAN AZAD OLMUŞ DİGƏR BÖLGƏLƏRİMİZİN TARİXİ BARƏDƏ "DƏYİRMİ MASA" KEÇİRİLDİ

Noyabrın 4-də "8 noyabr Zəfər Günü” ilə bağlı olaraq məktəbin tarix müəllimi Elba Həsənovanın təşkilatçılığı və 9B sinif şagirdlərinin iştirakı ilə Qarabağ və işğaldan azad olmuş digər bölgələrimizin tarixi barədə “Dəyirmi masa” keçirildi. “Dəyirmi masa” da məktəb rəhbərliyi, müəllimlər iştirak etdilər. İlk öncə Dövlət himni səsləndirildi, sonra bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edildi. Şagirdlər hazırladıqları təqdimatlarda, videoçarxlarda Qarabağ bölgəsinin Cənubi Qafqazda qədim tarixə, unikal maddi və mədəni irsə malik olduğunu və dünyanın ən qədim insan məskənlərindən birinin məhz Qarabağ ərazisində yerləşdiyini çıxışlarında bildirdilər.