Kimya-biologiya aylığı çərçivəsində açıq dərslər keçirildi

Oktyabr ayında kimya-biologiya aylığı çərçivəsində məktəbin biologiya müəllimləri Səma Rüstəmova, Zemfira Alverdiyeva və Aynur Musayevanın təşkilatçılığı, 10 D, 8V, 8E sinif şagirdlərinin iştirakı ilə müxtəlif mövzularda açıq dərslər keçirildi. Qruplara bölünən şagirdlər mövzu ətrafında fikir mübadiləsi apararaq təqdimatlarını nümayiş etdirdilər. Dərslər müasir təlim və texnologiyalar əsasında qurulmuşdur. Şagirdlərimiz aylıq çərçivəsində maraqla iştirak etdilər. Aylıqların keçirilməsində əsas məqsəd məktəbdə təlimin keyfiyyətini yaxşılaşdırmaq, fənlərin tədrisinin vəziyyətini yüksəltmək, müəllim və şagirdlərin təlimə olan marağını artırmaq və qabaqcıl müəllimlərin iş təcrübəsini yaymaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi