Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş “Dəyirmi masa” keçirildi.

Oktyabrın 28-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Abidə Nəsibovanın təşkilatçılığı və 5 E sinif şagirdlərinin iştirakı ilə Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş “Dəyirmi masa” keçirildi. Abidə müəllim dahi şair və mütəfəkkir, qüdrətli söz sahibinin yaradıcılığına bütün dünyada böyük maraq olduğunu vurğuladı. Bu baxımdan söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq, 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edildiyini şagirdlərin diqqətinə çatdırdı. Daha sonra şagirdlərin ifasında dahi sənətkarın şeirləri səsləndirildi, həyat yolu barədə məlumat verildi.