“Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi keçirildi

Oktyabrın 27-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 07.10.2021-ci il tarixli, F-214 nömrəli əmrinə əsasən “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi keçirildi. Müsabiqədə məktəbin direktor müavinləri, Azərbaycan dili və ədəbiyyat müəllimləri və VII-X sinif şagirdləri iştirak etdilər. Şeir,mahnı və yaradıcı iş olmaqla 3 nominasiya üzrə keçirilən müsabiqədə Azərbaycan ədəbiyyatını, aşıq poeziyasını zirvələrə yüksəldərək “Dədə Ələsgər” adını qazanan el sənətkarına həsr olunmuş şeirlər, ifa olunan mahnılar, təqdimatlar dinlənildi, rəsm işləri ilə tanış olundu. Hər nominasiya üzrə qaliblər elan edildi.