“Enerji işçilərinin sağlamlığa mənfi təsiri” mövzusunda şagirdlərlə maarifləndirici görüş keçirildi

Oktyabrın 26-da məktəbin psixoloqu Sürayə Bayramova məktəb şagirdlərlə “Enerji işçilərinin sağlamlığa mənfi təsiri” mövzusunda maarifləndirici görüş keçirdi. Sürayə müəllim enerji içkilərinin yetkinlik yaşına çatmayanlara qadağan olunduğunu, onların istifadəsi nəticəsində yarana biləcək mənfi halların, bu məhsulların insan həyatı və sağlamlığı üçün təhlükəli olduğu barədə ətraflı məlumatlar verdi.