"Nuklein turşuları" mövzusunda açıq dərs keçirildi

Oktyabrın 25-də kimya-biologiya fənn aylığı çərçivəsindəməktəbin biologiya müəllimi Zeynəb Əliyevanın təşkilatçılığı və 9E sinif şagirdlərinin iştirakı ilə "Nuklein turşuları" mövzusunda açıq dərs keçirildi. Dərsin məqsədi Nuklein turşuları, DNT və RNT-nin nukleotid tərkibi, DNT-nin quruluşu, funksiyası və yerləşməsi haqqında şagirdlərə məlumat vermək, qruplara bölünən şagirdlərlə bu mövzuda fikir mübadiləsi aparmaq idi. Dərs müasir təlim və texnologiyalar əsasında qurulmuşdur.